Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığında qalmağa davam edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) R.Mehdiyevlə bağlı yenidən məhkəməyə müraciət edib.
Müstəntiq irihəcmli cinayət işi üzrə ibtidai istintaqın başa çatmadığını, əlavə sübutların toplanması üçün təqsirləndirilən şəxs barəsində eyni növ qətimkan tədbirinin uzadılmasını istəyib.
Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 5 ay uzadılıb.
Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.