Əsas məzmuna keç

İslam Rzayevin həbs müddəti uzadıldı

İslam Rzayevin həbs müddəti uzadıldı

DTX-nın tutduğu Balakənin sabiq icra başçısı barədə Səbail Məhkəməsi qərar verdi. Rüşvət və mənimsəmədə ittiham olunan məmurun məhbəs həyatı daha 3 ay artırıldı.

en ru

Dövlət Təhlükəsizliyi Xidməti () tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Rayon Məhkəməsində müvafiq qərar qəbul olunub.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.

İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…