Əsas məzmuna keç

Adnan Əhmədzadənin həbsi ilə bağlı məhkəmə QƏRARI

Adnan Əhmədzadənin həbsi ilə bağlı məhkəmə QƏRARI

Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatətini təmin edərək, SOCAR-ın keçmiş rəsmisinin həbs müddətini 6 ay müddətinə artırıb.

en ru

İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari müddəti başa çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məhkəməyə müraciət edib.

Vəsatətdə xüsusilə ağır üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.

Rayon Məhkəməsi vəsatəti əsaslı sayaraq təmin edib. Hakimin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti son həddə qədər-6 ay uzadılıb.

Qanuna əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq ərzində həbsdə saxlanılmanın son həddi 13 aydır. Müstəsna hallarda isə bu müddət 19 aya qədər uzadıla bilər.

Qeyd edək ki, Adnan Əhmədzadə əvvəllər SOCAR-da yüksək vəzifədə çalışıb. Sonradan dünyada neft maqnatı kimi tanınan Əhmədzadə ötən ilin sentyabrında DTX tərəfindən həbs olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…