Əsas məzmuna keç

Rahim Sterlinq yenidən özünə yeni klub axtarır

Rahim Sterlinq yenidən özünə yeni klub axtarır

İngiltərəli hücumçu Rahim Sterlinqin "Feyenoord" klubundakı karyerası cəmi altı ay çəkəcək və o, mövsümün sonunda komandanı tərk edəcək.

en ru

İngiltərəli futbolçu Rahim Niderlandın "Feyenoord" klubunu tərk etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Algemeen Dagblad" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu cari mövsüm başa çatdıqdan sonra Rotterdam təmsilçisindən azad agent kimi ayrılacaq.

Fevral ayında onun kluba transferi böyük uğur kimi qiymətləndirilsə də, futbolçu yaşıl meydanda gözləntiləri doğrulda bilməyib.

İngiltərə Premyer Liqasında dörd dəfə çempionluq sevinci yaşayan və milli komandanın heyətində 82 oyun keçirən hücumçunun "Feyenoord"a çempionatda ikinci yer uğrunda mübarizədə kömək edəcəyi gözlənilirdi.

Lakin o, Niderland təmsilçisinin heyətində 6 matçda meydana çıxıb və yalnız 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Baş məşqçi Robin van Persi əvvəlcə yeni müqavilənin müzakirə oluna biləcəyini bildirsə də, klub rəhbərliyi artıq Rahim Sterlinqlə əməkdaşlığı davam etdirməmək barədə qəti qərar qəbul edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…