Əsas məzmuna keç

FİFA Rusiya klubuna transfer qadağası qoydu

FİFA Rusiya klubuna transfer qadağası qoydu

Qroznının "Axmat" klubu yeni futbolçuların qeydiyyatı ilə bağlı ciddi məhdudiyyətlərlə üzləşib.

en ru

Beynəlxalq Federasiyası (FİFA) Rusiyanın "Axmat" klubuna qadağası tətbiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Qroznı təmsilçisi yaxın müddətdə heyətinə yeni futbolçular cəlb edə bilməyəcək.

Məlumata görə, transfer qadağasının səbəbləri və qüvvədə qalacağı müddət hələlik açıqlanmayıb. Qeyd olunur ki, məhdudiyyətin aradan qaldırılması üçün klub müəyyən tələbləri yerinə yetirməlidir.

Qeyd edək ki, "Axmat" cari yay transfer pəncərəsində 7 yeni futbolçu ilə müqavilə imzalayıb. Klubun ən bahalı transferi isə "Rostov"dan 2,4 milyon avro qarşılığında heyətə qatılan Kirill Şetin olub.

Xatırladaq ki, "Axmat" Premyer Liqasının yeni mövsümündə ilk oyununu iyulun 26-da səfərdə "Lokomotiv"ə qarşı keçirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…