Operativ Məlumat Mərkəzi

Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

1 dəq
Paylaş:
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Qurbanqulu Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad...

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Fəxri xiyabanı ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Türkmənistan Xalq Məsləhətinin sədri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər