Əsas məzmuna keç

Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycana rəsmi və səmimi təşəkkür

Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycana rəsmi və səmimi təşəkkür

Türkmənistan Xalq Məsləhətinin sədri Bakı ilə əlaqələrin inkişafını yüksək qiymətləndirib. Dövlətlərarası münasibətlərin yeni mərhələsi haqqında detallar.

en ru

Xalq Məsləhətinin sədri Qurbanqulu bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, M. Cabbarov İlham Əliyevin salamlarını Q. Berdiməhəmmədova çatdırıb.

Öz növbəsində, Türkmənistan Xalq Məsləhətinin sədri Azərbaycan Prezidentinə ən xoş arzularını ifadə edib və iki dost dövlət arasında durmadan dərinləşən qarşılıqlı əlaqələrin önəmini vurğulayıb. O, Türkmənistan və Azərbaycan arasında əlaqələrin ənənəvi qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini bildirib.

Görüş zamanı qeyd olunub ki, Türkmənistan Azərbaycan ilə dostluq, qardaşlıq və mehriban qonşuluq əlaqələrinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.

Türkmənistan Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana ötən ay etdiyi dövlət səfərinin əhəmiyyətinə toxunulub. Q. Berdiməhəmmədov səfərdə Türkmənistan hədiyyə edilən "Dostlug" neftdaşıyan tankerinə görə Azərbaycan tərəfinə bir daha öz minnətdarlığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…