Əsas məzmuna keç

Sərdar Berdiməhəmmədov Bakıda rəsmi mərasimlə qarşılandı

Sərdar Berdiməhəmmədov Bakıda rəsmi mərasimlə qarşılandı

Türkmənistan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana gəlib. İki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsi rəsmi səfər çərçivəsində müzakirə olunur.

en ru

Azərbaycana dövlət səfərinə gələn Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Türkmənistanın və Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə İlham Əliyevə təqdim olunub.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…