Əsas məzmuna keç

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Özbəkistan paytaxtında dövlət başçısı İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsi başlayır.

en ru

Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda İlham Əliyevin şərəfinə dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Prezidenti Şavkat Mirziyoyev qarşıladı.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Avqustun 23-də Daşkənddəki "Kuksaroy" Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…