Əsas məzmuna keç

Peter Pelleqrini Şuşada rəsmi mərasimlə qarşılandı

Peter Pelleqrini Şuşada rəsmi mərasimlə qarşılandı

Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri çərçivəsində Şuşada keçirilən rəsmi qarşılanma mərasiminin təfərrüatları məlum olub. Görüşdə nələr müzakirə edildi?

en ru

İyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə dəstəsi düzülmüşdü.

İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verdi.

Slovakiya Respublikasının və Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçdi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…