Əsas məzmuna keç

Prezidentin rəsmi qarşılanma mərasimi oldu

Prezidentin rəsmi qarşılanma mərasimi oldu

Dövlət başçısının İlham Əliyevin rəsmi səfəri çərçivəsində keçirilən təntənəli mərasimin təfərrüatları məlum olub. Görüşün pərdəarxası məqamlarını təqdim edirik.

ru en

Qırğızıstanda dövlət səfərində olan İlham Əliyevin iyulun 31-də Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda İlham Əliyevin şərəfinə fəxri dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Prezidentinə raport verdi.

Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirildi.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…