Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qırğızıstan və İran liderləri regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar

2 dəq
Paylaş:
Qırğızıstan və İran liderləri regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar

Prezidenti Sadır Japarov və İran Prezidenti Məsud Pezeşkian zamanı Şanxay Təşkilatının (ŞƏT) qarşıdan gələn sammitini və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçıları Qurban bayramı ərəfəsində bir-birini təbrik edərək, iki ölkə xalqlarına sülh, rifah və firavanlıq arzulayıblar.

Söhbət zamanı ŞƏT çərçivəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. S.Japarov qeyd edib ki, Qırğızıstan təşkilatın fəaliyyətdə olan sədri kimi sülhün, etimadın və konstruktiv qarşılıqlı fəaliyyətin təmin edilməsində onun rolunun gücləndirilməsinə prioritet verir.

Tərəflər həmçinin Qırğızıstanda ŞƏT-in qarşıdan gələn sammitinin əhəmiyyətini və onun yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğulayıblar.

gündəliyin müzakirəsi zamanı Japarov dialoqun davam etdirilməsinin və bütün məsələlərin müstəsna olaraq siyasi-diplomatik üsullarla nizamlanmasının vacibliyini qeyd edib, Yaxın Şərqdə sabitliyin bərpa olunacağına ümidini ifadə edib.

Danışığın sonunda liderlər Qırğızıstan-İran münasibətlərinin dostluq və qarşılıqlı dəstək ruhunda daha da inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax