Qırğızıstan Prezidenti Sadır Japarovun əmisi nəvəsi Bişkekdə saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Belə ki, söhbət prezidentin əmisi oğlu Rakımjan Japarovun oğlu 32 yaşlı Ulan Japarovdan gedir.
Onun korrupsiyada şübhəli bilindiyi qeyd olunur.