Əsas məzmuna keç

Qırğızıstan İrandakı səfirliyini bağladı

Qırğızıstan İrandakı səfirliyini bağladı

Bişkek XİN Tehrandakı diplomatik nümayəndəliyin işini dondurdu. Vətəndaşlara təcili xəbərdarlıq: Səfərlərdən çəkinin! Təhlükəsizlik qərarının detalları xəbərimizdə.

en ru

Qırğızıstanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Eyni zamanda Qırğızıstan XİN İrana səfərlərdən çəkinməyi tövsiyə edir. Fövqəladə vəziyyətlər və ya konsulluq-hüquqi yardım almaq zərurəti yarandıqda XİN-in Konsulluq departamentinin qaynar xəttinə və İranla həmsərhəd dövlətlərdəki Qırğızıstan diplomatik nümayəndəliklərinə müraciət edilməlidir", - məlumatda bildirilib.

İranda olan Qırğızıstan vətəndaşlarından yüksək sayıqlıq göstərmək, təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq, həmçinin yerli hakimiyyət orqanlarının tələblərini qeyd-şərtsiz yerinə yetirmək xahiş olunur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…