Əsas məzmuna keç

Əminə Ərdoğan Bişkekdə liderlərin xanımları ilə görüşdü

Əminə Ərdoğan Bişkekdə liderlərin xanımları ilə görüşdü

Qırğızıstana səfər edən dövlət başçılarının xanımları ölkənin mədəni irsi ilə tanış olub və xüsusi mədəni proqramda iştirak ediblər.

en ru

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana səfəri çərçivəsində birinci xanım Bişkekdə liderlərin xanımları üçün təşkil olunan xüsusi proqramda iştirak edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Prezidentinin xanımı Aygül Caparovanın ev sahibliyi etdiyi tədbirdə Azərbaycanın birinci vitse-prezidenti , Çin lideri Şi Cinpinqin xanımı Pen Liyuan və Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva da iştirak ediblər.

“Ala Arça” dövlət qonaq evində keçirilən tədbir zamanı qonaqlar Qırğızıstanın zəngin mədəni irsi ilə tanış olublar. Liderlərin xanımları park ərazisində gəzərək milli musiqi alətlərində, o cümlədən komuzda ifa olunan musiqi proqramını dinləyiblər.

Daha sonra etnik sərgini ziyarət edən qonaqlar keçə sənəti, xalçaçılıq nümunələri və milli geyimlərlə tanış olublar. Onlar həmçinin Qırğızıstan mədəniyyətində xüsusi yer tutan qartallar və ənənəvi ov iti olan tayğanlarla maraqlanıblar.

Proqram çərçivəsində uşaq kollektivlərinin iştirakı ilə konsert və xalq rəqsləri də nümayiş etdirilib. Konsertdə Türkiyənin “Gülüm Benim” mahnısı ilə yanaşı, digər ölkələrin musiqi nümunələri də səsləndirilib.

Tədbir zamanı ekranda Əminə Ərdoğanın Qırğızıstana əvvəlki səfərlərini əks etdirən görüntülər nümayiş olunub.

Əminə hesabında paylaşım edərək Qırğızıstanın estetik anlayışını və sənətkarlığını yüksək qiymətləndirib. O, uşaqların ifa etdiyi melodiyaların günə xüsusi gözəllik qatdığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…