Əsas məzmuna keç

Əminə Ərdoğandan 15 iyul mesajı: “Xalqın iradəsi yenilməzdir”

Əminə Ərdoğandan 15 iyul mesajı: “Xalqın iradəsi yenilməzdir”

Türkiyənin birinci xanımı paytaxtda keçirilən anım tədbirindən görüntüləri bölüşərək, xalqın iradəsinin yenilməz olduğunu vurğulayıb.

en ru

Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 iyul hadisələrinin ildönümü ilə bağlı paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Əminə paytaxtdakı "Başket Millət Bağçası"nda keçirilən “10-cu ilində 15 İyul: İradə Bizim, Zəfər Bizim” adlı anım tədbirindən görüntüləri hesabında paylaşıb.

O, paylaşımında 15 iyul gecəsi xalqın nümayiş etdirdiyi iradə və qətiyyətə diqqət çəkib.

Əminə Ərdoğan bildirib: “Millətimizin iradəsi, dalğalanan bayrağımız kimi azad və yenilməzdir; heç bir güc bu əzmi və qətiyyəti kölgələyə bilməyəcək”.

Qeyd edək ki, tədbir 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin 10-cu ildönümü münasibətilə təşkil olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…