Əsas məzmuna keç

Əminə Ərdoğandan Kiyevdə sülh mesajı: “İnsan insanın yurdudur”

Əminə Ərdoğandan Kiyevdə sülh mesajı: “İnsan insanın yurdudur”

Türkiyənin birinci xanımı Kiyevdə keçirilən 6-cı Lider Həyat Yoldaşları Zirvəsində videoformatda çıxış edərək, sosial həmrəyliyin əhəmiyyətindən danışıb.

en ru

Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın paytaxtı Kiyevdə keçirilən 6-cı Lider Həyat Yoldaşları Zirvəsinə video-müraciət ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Əminə çıxışında tədbirin uğurlu keçməsini arzulayıb və zirvəyə ev sahibliyi edən Prezidenti Volodimir Zelenskinin xanımı Olena Zelenskaya təşəkkürünü bildirib.

Əminə Ərdoğan türk cəmiyyətində könüllülük və xeyriyyəçilik ənənələrinin qədim tarixə malik olduğunu vurğulayıb. O, Osmanlı dövründə 26 mindən çox vəqfin fəaliyyət göstərdiyini xatırladaraq, bu qurumların yaşlılara, yetimlərə və heyvanlara qayğı göstərdiyini qeyd edib.

Birinci xanım bu ənənənin türk mədəniyyətində “hamilik” anlayışı ilə yaşadığını və insanlıq vicdanının qorunmasına xidmət etdiyini bildirib.

Müasir dövrdə insanların bir-birindən uzaqlaşmasının və sosial bağların zəifləməsinin böhranlar qarşısında cəmiyyətlərin müqavimət imkanlarını azaltdığını deyən Əminə Ərdoğan “insan insanın yurdudur” anlayışının əhəmiyyətini vurğulayıb.

O, 6 fevral zəlzələləri zamanı türk xalqının nümayiş etdirdiyi həmrəyliyi bunun nümunəsi kimi göstərib. Əminə Ərdoğan həmçinin Ukrayna xalqının uzunmüddətli müharibə şəraitində birlik və həmrəylik nümayiş etdirməsini qeyd edib.

Sonda Əminə Ərdoğan Ukraynanı Müstəqillik Gününün 35-ci ildönümü münasibətilə təbrik edib və Ukrayna xalqına sülh və əmin-amanlıq arzulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…