Operativ Məlumat Mərkəzi

Qəzzada yanacaq çatışmazlığı səbəbindən quyulardan suyun çıxarılması dayana bilər

1 dəq
Paylaş:
Qəzzada yanacaq çatışmazlığı səbəbindən quyulardan suyun çıxarılması dayana bilər

Qəzza zolağında yeganə su quyularının işlədilməsi üçün lazım olan yanacağın olmaması səbəbindən quyulardan suyun çıxarılması prosesi hər an dayana bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzzada Bələdiyyənin sözçüsü Hüsni Mühenna məlumat verib.

Qəzza zolağında insanların 3 mənbədən suya çıxışı olduğunu qeyd edən Mühenna, bunlardan birincisi və ən əhəmiyyətlisi olan İsrail şirkətindən şəhərin ehtiyacının 40 faizini qarşılayan su qəbulunun oktyabrın 7-dən sonra bağlandığını bildirib.

Muhenna, bələdiyyənin mövcud yanacağın su quyularını işlətmək üçün istifadə edilməsi üçün kanalizasiya və zibil toplama xidmətlərini dayandırdığını bildirib.

“Gündə yalnız 3 saat işlədilə bilən cəmi 3 su quyusu qalıb",-deyə rəsmi acınacaqlı halla diqqət çəkib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər