Əsas məzmuna keç

Qəzzada silahların taleyi ilə bağlı razılıq əldə olunmayıb

Qəzzada silahların taleyi ilə bağlı razılıq əldə olunmayıb

HƏMAS rəsmisi Musa Əbu Mərzuq Qahirə danışıqlarında 15 bənddən 13-nün razılaşdırıldığını açıqladı. Bəs İsrailin tərksilah tələbi niyə hələ də cavabsız qalıb?

en ru

Fələstin siyasi fraksiyaları və vasitəçilər fəaliyyət göstərən silahlı qrupların silahlarının gələcək ilə bağlı hələ də yekun razılığa gələ bilməyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuq “RİA Novosti” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı təsdiq üçün iki ayrı sənəd təqdim olunub. Bunlardan biri , digəri isə vasitəçilər tərəfindən hazırlanıb.

“Müzakirələrdən sonra ortaq yanaşma formalaşdırılıb və təklif olunan 15 bənddən 13-ü üzrə razılıq əldə edilib. Lakin silahlarla bağlı iki məsələ hələ də həllini tapmayıb”, - deyə Musa Əbu Mərzuq qeyd edib.

Qeyd edək ki, Fələstin qruplarının olunması İsrailin uzunmüddətli sülhə nail olmaq üçün irəli sürdüyü əsas şərtlərdən biri hesab olunur.

Məlumata görə, iyunun 6-dan etibarən Misirin paytaxtı Qahirədə müxtəlif Fələstin qrupları və beynəlxalq vasitəçilər arasında görüşlər keçirilir. Danışıqlar ABŞ Prezidenti Trampın Qəzza zolağında vəziyyətin nizamlanmasına dair planının ikinci mərhələsinin icrasına yönəlib.

Sözügedən plan beynəlxalq qüvvələrin bölgədə yerləşdirilməsini, idarəetmənin Qəzza üzrə xüsusi qeyri-siyasi komitəyə verilməsini, eləcə də HƏMAS və digər qrupların nəzarətində olan silahlar məsələsinin həllini nəzərdə tutur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…