Əsas məzmuna keç

Qətərdə helikopter qəzası: ölənlər arasında üç nəfər Türkiyə vətəndaşı var

Qətərdə helikopter qəzası: ölənlər arasında üç nəfər Türkiyə vətəndaşı var

Türkiyə Milli Müdafiə Nazirliyi hadisənin martın 21-i axşam saatlarında Qətər sahillərində baş verdiyini açıqlayıb. Məlumata əsasən, ölənlər arasında...

en ru

Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində üçü vətəndaşı olmaqla yeddi nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyə Milli hadisənin martın 21-i axşam saatlarında Qətər sahillərində baş verdiyini açıqlayıb. Məlumata əsasən, ölənlər arasında Türkiyənin ASELSAN şirkətinın iki əməkdaşı ilə Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi olub.

Təlim uçuşu Türkiyə-Qətər hərbi əməkdaşlıq planına uyğun olaraq həyata keçirilib. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

Axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları və həlak olanların cəsədləri aşkar edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olanların ailələrinə, eləcə də Türkiyə və Qətər xalqlarına başsağlığı verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…