Əsas məzmuna keç

Qərbi Suriyada baş verən qarşıdurmalarda ölənlərin sayı 973-ə çatıb

Qərbi Suriyada baş verən qarşıdurmalarda ölənlərin sayı 973-ə çatıb

bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb. Məlumata görə, ölənlər arasında qadın və uşaqlar olsa da, onların sayı açıqlanmır. Qurbanların...

Suriyanın yeni administrasiyasının təhlükəsizlik qüvvələri ilə ölkənin qərbində keçmiş Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmalarda bir gündə 830-dan 973-ə qədər mülki itkilərin sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livanın “Əl Nahar” qəzeti məlumat yayıb.

Məlumata görə, ölənlər arasında qadın və uşaqlar olsa da, onların sayı açıqlanmır.

Qurbanların əksəriyyəti Respublikası əhalisinin 12 faizini təşkil edən Ələvi icmasına mənsubdur.

Təhlükəsizlik qüvvələri Latakiya və Tartus əyalətlərində sahilyanı ərazilərə nəzarəti bərpa edib, lakin dağlıq ərazilərdə qarşıdurmalar davam edir. Martın 6-da başlayan hərbi əməliyyatlarda 250-dən çox yaraqlı öldürülüb. Suriyada yeni administrasiyaya dəstək verən silahlı qruplar 231 döyüşçünü itirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…