Əsas məzmuna keç

Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb - 10.04.2025

Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb - 10.04.2025

Qərbi Azərbaycan icmasının "Qaçqınlıq və Qadınlar" mövzusunda keçirdiyi konfransın iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Baş...

icmasının "Qaçqınlıq və Qadınlar" mövzusunda keçirdiyi konfransın iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qərbi İcmasından məlumat verilib.

Bildirilib ki, sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.

Qeyd ki, bu il martın 1-i Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmişkonfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquqpozuntularına cəlb etmək idi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…