Qlobal miqyasda ən çox istehlak edilən içkilərdən biri qəhvədir. Dünyada ən çox qəhvə istehlak edən ölkə hansıdır?
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qəhvə daha çox ABŞ-də istehlak edildiyi halda, ildə adambaşına 12 kiloqram qəhvə istehlakı ilə Finlandiya birinci yerdədir.
Onu 9,9 kiloqramla Norveç və 9 kiloqramla İslandiya izləyir.
10 il əvvələ qədər adambaşına qəhvə istehlakının 350 qram olduğu ölkəmizdə bu gün bu nisbətin 1,1 kiloqrama çatdığı görülür.