Operativ Məlumat Mərkəzi

Ağ Ev: Tramp ABŞ-dəki inflyasiya böhranını məğlub edib

1 dəq
Paylaş:
Ağ Ev: Tramp ABŞ-dəki inflyasiya böhranını məğlub edib
Levittin sözlərinə görə, açıqlanan İstehlak Qiymətləri İndeksi (İQİ) hesabatı Tramp administrasiyasının inflyasiya böhranını nəzarət altına ala bildiyini...

Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ Prezidenti Donald Trampın sabiq prezident Co Baydenin dövründə formalaşan inflyasiya böhranını aradan qaldırdığını bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Levittin sözlərinə görə, açıqlanan İstehlak Qiymətləri İndeksi (İQİ) hesabatı Tramp administrasiyasının inflyasiya böhranını nəzarət altına ala bildiyini təsdiqləyir.

O, brifinq zamanı bildirib ki, Tramp vəzifəyə başladıqdan sonra əsas İstehlak Qiymətləri İndeksi illik müqayisədə cəmi 2,4 faiz artıb ki, bu da əvvəlki 3,3 faizlik artımdan xeyli aşağıdır.

Bununla yanaşı, agentlik qeyd edir ki, ABŞ Əmək Departamentinin məlumatlarına əsasən, Donald Tramp ikinci prezidentlik müddətinin ilk doqquz ayında inflyasiyanı tam şəkildə cilovlaya bilməyib. İl ərzində müəyyən azalma müşahidə olunsa da, payız aylarında illik inflyasiya yenidən 2,7–3 faiz səviyyəsinə yüksəlib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər