Operativ Məlumat Mərkəzi

Qəzza üzrə Sülh Şurasının nizamnaməsi Davosda imzalanacaq

2 dəq
Paylaş:
Qəzza üzrə Sülh Şurasının nizamnaməsi Davosda imzalanacaq
bu barədə ABŞ-nin “Axios” portalının müxbiri Barak Ravid məlumat yayıb. O, ABŞ Prezidenti Donald Trampın dövlət və hökumət başçılarına ünvanladığı rəsmi...

Qəzza sektoru üzrə Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumu çərçivəsində baş tutacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” portalının müxbiri Barak Ravid məlumat yayıb. O, ABŞ Prezidenti Trampın dövlət və hökumət başçılarına ünvanladığı rəsmi dəvətin fotosunu da paylaşıb.

Məlumata görə, Sülh Şurasına qoşulmaq təklifi bir sıra ölkə liderlərinə göndərilib. Dəvət alanlar arasında Prezidenti Rəcəb Tayyib , Pakistanın Şahbaz Şərif, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və digər dövlət rəhbərləri yer alır.

Qəzza üzrə Sülh Şurası ABŞ-nin rəhbərliyi ilə fəaliyyət göstərəcək hökumətlərarası təşkilatdır. Şuranın əsas məqsədi münaqişə bölgələrində sabitliyin möhkəmləndirilməsi, qanuni və etibarlı idarəetmənin bərpası, eləcə də davamlı sülhün təmin olunmasına töhfə verməkdir.

Şuranın yaradılması təşəbbüsü ABŞ Prezidenti Donald Tramp tərəfindən 2025-ci ilin sentyabrında irəli sürülüb, təşkilatın təsis edildiyi isə 2026-cı il yanvarın 15-də rəsmən elan olunub.

BMT Şurasının 2025-ci ilin noyabrında qəbul etdiyi və ABŞ tərəfindən hazırlanmış 2803 saylı qətnaməyə əsasən, Sülh Şurası Qəzza sektorunda idarəetmə prosesinə, yenidənqurma işlərinə və müharibədən sonrakı iqtisadi bərpaya dəstək göstərmək səlahiyyətinə malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax