Əsas məzmuna keç

Qazaxıstan Rəsmi Bakının Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş təşəbbüsünü alqışlayır

Qazaxıstan Rəsmi Bakının Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş təşəbbüsünü alqışlayır

"Qazaxıstan qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir. Azərbaycan tərəfinin Qarabağın erməni əhalisinin...

" qardaş Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha təsdiq edir. tərəfinin Qarabağın əhalisinin nümayəndələri ilə görüşün keçirilməsi ilə bağlı təşəbbüsünü alqışlayırıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

Diplomat yaranan vəziyyətin tezliklə yolu və dialoq vasitəsilə həllinə ümid bəslədiklərini diqqətə çatdırıb:

"Yaranmış vəziyyətin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində sülh dialoqu yolu ilə tezliklə həll olunmasına ümid edirik. Əminik ki, Cənubi Qafqazda sülh atmosferinin və qarşılıqlı faydalı əməkdaşlığın bərqərar olması, bütün kommunikasiyaların açılması regionun bütün ölkələrin maraqlarına cavab verir", - A.Bayel vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…