Əsas məzmuna keç

“Qarabağ”ın rəqibi bu gün bilinəcək

“Qarabağ”ın rəqibi bu gün bilinəcək

UEFA Çempionlar Liqasında püşkatma həyecanı! Nyonda keçiriləcək mərasimdə Azərbaycan çempionunun pley-off rəqibi müəyyənləşir. Rəqib PSJ, yoxsa 'Nyukasl' olacaq?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümü üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, tədbir saat 15:00-da UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq.

Püşkatma zamanı Liqa mərhələsini 22-ci pillədə tamamlayan “” futbol klubunun da pley-off mərhələsindəki müəyyənləşəcək. Səpələnməmişlər səbətində yer alan çempionu Fransa təmsilçisi PSJ və ya İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vuran 16 komanda iştirak edir. Turnir cədvəlinin ilk 8 pilləsində qərarlaşan klublar isə birbaşa 1/8 mərhələsinə yüksəldikləri üçün bu raunddan azad olunublar.

Püşkatmadan öncə komandalar iki səbət üzrə bölünüb.

Səpələnmiş komandalar (9–16-cı yerlər):

“Real” (İspaniya)

“İnter” (İtaliya)

PSJ (Fransa)

“Nyukasl” (İngiltərə)

“Yuventus” (İtaliya)

“Atletiko” (İspaniya)

“Atalanta” (İtaliya)

“Bayer 04” (Almaniya)

Səpələnməmiş komandalar (17–24-cü yerlər):

“Borussiya” Dortmund (Almaniya)

“Olimpiakos” (Yunanıstan)

“Brügge” (Belçika)

“Qalatasaray” ()

“Monako” (Fransa)

“Qarabağ” (Azərbaycan)

“Budyo-Qlimt” (Norveç)

“Benfika” (Portuqaliya)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 17–18-də, cavab qarşılaşmaları isə 24–25 fevral tarixlərində keçiriləcək. Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

1/8 final görüşləri 10–11 və 17–18 martda, 1/4 final matçları 7–8 və 14–15 apreldə baş tutacaq. Yarımfinal qarşılaşmaları 28–29 aprel və 5–6 may tarixlərinə təsadüf edəcək. Mövsümün final oyunu isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…