Əsas məzmuna keç

“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazandı

“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazandı

Azərbaycan çempionu liqa mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub. “Enfild” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin...

en ru

“” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, çempionu mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub. “Enfild” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

“Mersisayd” təmsilçisinin heyətində qolları Aleksis Makallister (2), Florian Virts, Məhəmməd Salah, Uqo Ekitike və Federiko Kyeza vurublar.

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…