"Qarabağda məğlubiyyətimiz müstəqil ölkəyə sahib olmaq imkanı verdi"

"Qarabağda məğlubiyyətimiz müstəqil ölkəyə sahib olmaq imkanı verdi"
04.02.2025 11:01
Aa
dəq

"2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı məğlubiyyət müstəqil və suveren ölkəyə sahib olmaq imkanı verib”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda yerli erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.

"Deyə bilərəm ki, məğlubiyyətə uğrayaraq müstəqil və suveren dövlətə sahib olmaq imkanı əldə etdik. Müəyyən şəraitə görə Cənubi Qafqazda Ermənistana qarşı çoxlu neqativ fikirlər mövcuddur. Bu neqativin öhdəsindən gələ bilmək çox vacibdir. Biz bu neqativin öhdəsindən emosiyalarsız, ən təsirli üsullarla çıxmağa çalışaraq doğru olanı edirik", - deyə Paşinyan bildirib.

Həftənin ən çox oxunanları