“Qarabağ” Mateuş Koxalskinin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, komandamızla birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.