Əsas məzmuna keç

"Qarabağ" bu məşhur oyunda yer alacaq - RƏSMİ!

"Qarabağ" bu məşhur oyunda yer alacaq - RƏSMİ!

Qarabağ futbol klubu EAFC 25 oyununda yer alacaq. EA Sports-un rəsmi açıqlaması.

“” məhşur simulyatoru olan “EAFC 25”də yer alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Qeyd edilib ki, komanda “EA ” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq.

“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq. Oyunun 27 sentyabr 2024-cü ildə dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq, öncədən sifariş edənlər üçün oyun 20 sentyabr tarixində “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

Xatırladaq ki, “Qarabağ” adıçəkilən futbol simulyatorunda yer alan ilk klubudur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…