Əsas məzmuna keç

“Qalatasaray” “Liverpul”un ulduz müdafiəçisini heyətinə qatmaq istəyir

“Qalatasaray” “Liverpul”un ulduz müdafiəçisini heyətinə qatmaq istəyir

Türkiyə klubu “Liverpul”un kapitanı Vircil van Deyki transfer etmək üçün hərəkətə keçib.

en ru

Türkiyənin nəhəng klublarından olan “” “”un mərkəz müdafiəçisi Vircil van Deyki heyətinə qatmaq üçün səylərini davam etdirir. İstanbul təmsilçisi futbolçunu cari yay pəncərəsində heyətinə cəlb etməyi hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi yaxın həftələr ərzində niderlandlı müdafiəçi üçün rəsmi təklif hazırlayır.

Futbolçunun “Liverpul” ilə müqaviləsinin başa çatmasına cəmi bir il qalsa da, İstanbul klubu bu transferi təxirə salmadan reallaşdırmaq niyyətindədir.

Buna baxmayaraq, İngiltərə təmsilçisinin rəhbərliyi müdafiə xəttinin lideri ilə yollarını ayırmağı demək olar ki, istisna edir.

Qeyd edək ki, ötən mövsüm “Liverpul”un heyətində 55 matça çıxan Vircil van Deyk 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. İyul ayında 35 yaşı tamam olacaq təcrübəli oyunçunun komandadakı rolu hələ də əvəzolunmaz hesab olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…