QAİ Fransaya çağırış edib

QAİ Fransaya çağırış edib
19.07.2024 10:18
Aa
dəq

Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Krallığın Vudstok şəhərində baş tutan Avropa Siyasi İcmasının sammitində keçirdiyi mətbuat konfransında ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırmağa və Azərbaycana böhtan atmağa cəhd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsini mənfi müstəvidə təqdim etməyə cəhd edən Fransa prezidentinə xatırladırıq ki, 44 günlük Vətən Müharibəsi BMT Nizamnaməsinin müddəalarının və Təhlükəsizlik Şurasının konkret qətnamələrinin icrasını təmin etməklə beynəlxalq hüququn və ədalətin təntənəsi olmuşdur. Prezident Makron bu şanlı tarixə qara yaxmağa cəhd etmək əvəzinə Fransanın uzun illər ərzində Ermənistanı dəstəkləyərək onu Azərbaycan ərazilərinin işğalını davam etdirməyə cəsarətləndirməsinə görə öz ölkəsinin məsuliyyətini etiraf etməlidir.

"Vurğulamaq lazımdır ki, Azərbaycan ərazilərinin 20 faizini zəbt edərək, 30 il ərzində işğal altında saxlamış Ermənistana Fransanın silah satması ordusunda və bir çox siyasi dairələrində revanşist hisslərin hakim olduğu bu ölkəni Azərbaycana qarşı təkrar müharibəyə sövq etmək və regionu qana çalxalamağa xidmət edir.

Qərbi Azərbaycan İcması Fransandan Ermənistanı silahlandırmasını və digər pozucu əməllərini dərhal dayandırmağı tələb edir", - bəyanatda deyilib.

Həftənin ən çox oxunanları

QAİ bəyanat yaydı

QAİ bəyanat yaydı
DAVAMIN OXU davamın oxu

İcma: Volker Türkün 2023-cü ilin sentyabrında baş vermiş hadisələrə dair qərəzli fikirləri təəssüf doğurur

İcma: Volker Türkün 2023-cü ilin sentyabrında baş vermiş hadisələrə dair qərəzli fikirləri təəssüf doğurur
DAVAMIN OXU davamın oxu

Qərbi Azərbaycan İcması Ermənistandan Fransanın təxribatlarına uymamağı tələb edir

Qərbi Azərbaycan İcması Ermənistandan Fransanın təxribatlarına uymamağı tələb edir
DAVAMIN OXU davamın oxu

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçirilib

Qərbi Azərbaycana qayıdışla bağlı Buxarest Forumu keçirilib
DAVAMIN OXU davamın oxu

QAİ dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb

QAİ dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməyə çağırıb
DAVAMIN OXU davamın oxu