Əsas məzmuna keç

Təbrizdə azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər

Təbrizdə azərbaycanlı hakim və ailə üzvləri qətlə yetirildilər

Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı hücum baş verib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Hadisə nəticəsində məhkəmə...

en ru

Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı hücum baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Hadisə nəticəsində hakimi İbrahim Sadiqi, həyat yoldaşı və kiçik oğlu öldürülüb.

Xəbərə görə, silahlı şəxs avtomobildə olan Sadiqiyə və ailə üzvlərinə atəş açıb. Əslən Şərqi əyalətinin Qaradağ bölgəsindəki Bəhərbəyli kəndindən olan Sadiqi əyalətinin Xana (Piranşəhr) şəhərində məhkəmə hakimi vəzifəsində çalışıb.

İnsident zamanı hakimin həyat yoldaşı və oğlu küçədə olublar. Hər ikisi hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra qatil restoranda olan azyaşlı qızı da güllələyərək yaralayıb.

Hücum edən şəxsin kimliyi hələ açıqlanmayıb. Məlumata əsasən, o, hadisədən sonra özünü vursa da, sağ qalıb. Yaralı vəziyyətdə saxlanılan şəxs nəzarəti altında xəstəxanaya yerləşdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…