Operativ Məlumat Mərkəzi

Putinin rəsmi qarşılanma mərasimi olub - VİDEO - FOTO

1 dəq
Paylaş:
Putinin rəsmi qarşılanma mərasimi olub - VİDEO - FOTO

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər birgə foto çəkdirdilər.

***

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi keçirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər