Əsas məzmuna keç

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Aviasiya haqqında" qanuna dəyişikliklərdə əksini tapıb....

PUA-lara əlaqədar yeni dövlət rüsumları müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi "Aviasiya haqqında" qanuna dəyişikliklərdə əksini tapıb.

Qanuna əsasən, pilotsuz uçuş aparatları istismarçılarına istismarçı sertifikatının və aviasiya personalına şəhadətnamələrin, vəsiqələrin və ya sertifikatların verilməsi üçün 15 manat dövlət müəyyənləşib.

Pilotsuz uçuş aparatlarına sertifikatının, pilotsuz uçuş aparatları istismarçılarına əməliyyat icazəsinin, məsafədən idarə edən pilotlara (operatorlara) şəhadətnamələrin və model pilotsuz uçuş aparatı klubları və ya assosiasiyalarına icazələrin verilməsi üçün isə 10 manat dövlət rüsumu tətbiq olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…