PSJ İngiltərə klubunun futbolçusunu transfer etmək istəyir

PSJ İngiltərə klubunun futbolçusunu transfer etmək istəyir
20.12.2024 14:00
Aa
dəq

Fransanın PSJ klubu Ukrayna millisinin və İngiltərə təmsilçisi "Bornmut"un üzvü İlya Zabarnını transfer etmək istəyir.

 "Operativ Məlumat Mərkəzi-OMM" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi bunun üçün artıq ilk addımı atıb.

Zabarnı Ukraynanın "Dinamo" klubunun yetirməsidir. O, 2023-cü ilin yanvarında Premyer Liqa təmsilçisi "Bornmut"a keçib.

Qeyd edək ki, 22 yaşlı müdafiəçi cari mövsüm Premyer Liqada 16 oyun keçirib.

Həftənin ən çox oxunanları