“Problemlər olimpiada”sının əsas məqsədi nədir? - EKSPERTLƏR AÇIQLADI

“Problemlər olimpiada”sının əsas məqsədi nədir? - EKSPERTLƏR AÇIQLADI
31.07.2024 19:34
Aa
dəq

Parisdə keçirilən Yay Olimpiya Oyunları nəinki Azərbaycanda, eləcə də dünyada səs-küyə səbəb oldu. İstər açılış mərasimində ortaya qoyulan “oyunlar”, istər Azərbaycana qarşı olan təxribatlar “Paris-2024” barəsində öz sözünü dedi. Hətta Azərbaycan iyunun 27-də Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət hazırlayacağı barədə məlumat da yaydı və “France 2” telekanalını şikayət edəcəklərini bildirdi.

Bəs Fransada keçirilən “problemlər olimpiada”sının əsas məqsədi nədir? Azərbaycana qarşı edilən təxribatlar Azərbaycan-Fransa münasibətlərinə zərbə vuracaqmı?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən ekspert Natiq Cəfərlinin sözlərinə görə, Olimpiadanın açılışında “qlobalistlər” nə mesajlar istəsələr, onu da verdilər:

“Olimpiada kimi dərin fəlsəfi və tarixi mənası olan, dostluq, qardaşlıq, ədalət prinsiplərini aşılayan hərəkatı ayaqlar altına atıb tapladılar, “liboş” və içiboş gündəliklərini təbliğ etməyə çalışdılar. Hətta inanclı insanları təhqir etməkdən belə çəkinmədilər, Leonardo da Vinçinin ölməz əsəri olan “Sonuncu şam yeməyi” tablosunu iyrənc hala saldılar. Bu cərəyan insanlıq üçün təhlükədir. Onlar faşist beyinlidirlər və başqa insanların dəyərlərinə hörmət etmirlər, ancaq öz gündəliklərini zorla yeritməklə məşğuldular. Buna qarşı çıxanları isə nasist Joseph Goebbels yanaşması ilə qaralayır, aşağılayır və onları geridəqalmış kimi təqdim edirlər”.

Paris 2024 Olympics Opening Ceremony Sparks Outrage Over Drag-Themed  Portrayal Of 'The Last Supper' - myKhel

N.Cəfərli deyir ki, dünyanın “mainstream” mediası onların tam nəzarətindədir, ona görə də dünya və insan haqqında xəstə təfəkkürlərini sonuncu həqiqət kimi sırımağa çalışırlar. Ailə, din, iman, inam, insan azadlığı, fikir müxtəlifliyi, əsl liberalizm bunların düşmənidir və faşizmlə kommunizmin maraqlı olduğu qədər də təhlükəli sintezini yaradıb, bunu müasirlik kimi insanlara sırımaqla məşğuldurlar:

“Biz, əsl liberallar hər kəsin istədiyi kimi yaşamaq hüququ olduğuna inanırıq, biz, əsl liberallar fərdlərin özünü ifadə azadlığının olduğunu müdafiə edirik, biz, əsl liberallar fikir və ifadə azadlığının müqəddəsliyinə inanırıq – amma, biz, əsl liberallar kimlərinsə düşüncə, davranış və hayat tərzini başqalarına diqtə etməsinə, belə yanaşmanı təndiq edənlərin qaralanmasına qarşıyıq. Amma bu “liboş” tayfası istəyir ki, hamı onlar kimi olsun, hamı onlar kimi düşünsün, hamı eyni rəng, eyni dəyər daşıyıcısı olsun. Nasistlər də, kommunistlər də eyni şeyi istəyirdilər, bolşeviklərin “homo soveticus” ideyası ilə bunların yanaşması arasında heç bir fərq yoxdur.

Natiq Cəfərli: "PA seriyalı maşın "belimə minmişdi"" Pravda.az

Amma mən insan övladının azad düşüncəsinə inanıram, əminəm ki, dünyada bu içiboş və təhlükəli cərəyan, trend qalib gəlib hegemon ola, başqa cür düşünənləri “konslagerlərə” doldura bilməyəcək. İnsanlıq azadlıq, düşüncə sərbəstliyi üçün böyük qurbanlar verib, bu əsl dəyərləri bir ovuc xəstə təfəkkürlü, amma təəssüf ki, güclü maliyyə-media dəstəyi olan adamlara qurban verməyəcəklər...”, - deyə ekspert sonda qeyd etdi.

Digər ekspert Azad İsazadənin sözlərinə görə isə biz belə təxribatlara hazır olmalıyıq və bu tipdə təxribatların davamı olacaq:

Azad İsazadə: “Bəşər Əsəd daha çox insanı məhv etmək istəyir”

“Bu gün söhbət təkcə Azərbaycan-Fransa münasibətlərindən getmir, həmçinin Türkiyə-Fransa münasibətlərinə də toxunmaq lazımdır. Bu, dörd künc arasında Azərbaycan və Türkiyə bir tərəfdə, Fransa və Ermənistan isə digər tərəfdədir. Aydındır ki, müxtəlif təxribatlar baş verə bilər. Fransanın Qarabağa yanaşma tərzi fərqlidir. Fərqli olduğuna görə də Azərbaycan bu məsələni beynəlxalq səviyyədə qaldırır”.

A.İsazadə deyir ki, ya eyni dərəcədə yaxınlaşma olmalıdır, ya da bu yaxınlaşma bu formada olacaqsa, Fransa Qafqazda gedən proseslərə müdaxilə edə bilməz. Baş verənlər, sözsüz ki, Azərbaycan-Fransa münasibətlərinə kifayət qədər ciddi zərbə vurur. Rəsmi səsləndirilməsə də, eşidirik ki, hətta Azərbaycan vətəndaşları Fransa səfirliyində viza da ala bilmir. Fransa vətəndaşlarının Azərbaycan səfirliyində viza alıb-almaması haqqında isə heçnə deyə bilmərik. Amma konkret faktlar var ki, Fransa səfirliyi viza vermir:

“Hətta təkcə Fransaya yox digər ölkələr üçün də viza vermirlər. Çünki biz bəzi ölkələrə viza almaq üçün Fransa səfirliyinə müraciət etməliyik. Deməli, iki ölkə arasında münasibət get-gedə daha da soyuyur. Amma faciəvi xarakter daşımır. Fransa-Azərbaycan arasında iqtisadi əməkdaşlıq davam edir. Ümid edirəm ki, təxribatlar yavaş-yavaş həllini tapacaq. Sadəcə səbr edib, hər bir təxribata adekvat cavab verməliyik”.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu