GİN və MOK təxribatla bağlı birgə MƏLUMAT YAYDI

GİN və MOK təxribatla bağlı birgə MƏLUMAT YAYDI
28.07.2024 14:17
Aa
dəq

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün “Dağlıq Qarabağ”ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb.

Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.

Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa Hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.

Həftənin ən çox oxunanları

Azərbaycanı "Oil Capital Cup" turnirində təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı
DAVAMIN OXU davamın oxu

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi və çempionatı başa çatıb
DAVAMIN OXU davamın oxu

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ

Formula 1-ə görə bağlanan yollar bu tarixdə AÇILACAQ
DAVAMIN OXU davamın oxu

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qran-prisinin qalibi o oldu

Azərbaycan Qran-prisinin qalibi o oldu
DAVAMIN OXU davamın oxu