İsveç kralı XVI Karl Qustav İtaliyada keçirilən Olimpiya Oyunlarında estafet yarışında İsveçli xizəkçi Ebba Anderssonun yıxılması ilə bağlı istehzalı şərh verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.
Monarx yarışdan sonra komandaya video zəng edib və bildirib:
“Hamınız fantastik iş gördünüz. Ebba isə, tamamilə möhtəşəmdir! Necə də möhtəşəm bir yıxılma! Mən heç vaxt xizəkçinin havada bu cür uçduğunu görməmişəm”.
Yarışda Andersson 4x7.5 kilometrlik estafetdə bir neçə dəfə yıxılıb və sonuncu dəfə yıxıldıqdan sonra xizəyini itirərək 30 saniyədən çox tək xizək sürmək məcburiyyətində qalıb. Buna baxmayaraq, İsveç komandası qızıl medalı Norveç komandasına uduzaraq gümüş medal qazanıb.