Əsas məzmuna keç

Prezident rəqəmsal inkişaf üzrə yeni Fəaliyyət Planını təsdiqlədi

Prezident rəqəmsal inkişaf üzrə yeni Fəaliyyət Planını təsdiqlədi

Prezident İlham Əliyev 2026-2028-ci illər üzrə mühüm Sərəncam imzaladı. Dövlət büdcəsindən maliyyələşəcək texnoloji islahatlar və yeni monitorinq qaydaları bəlli oldu.

en ru

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İlham bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarət edəcək.

Rəqəmsal İnkişaf və Nazirliyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Prezidentinə məlumat verəcək.

Nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…