Əsas məzmuna keç

Prezident İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

Prezident İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

Dövlət başçısı İlham Əliyev Vyetnamın yeni seçilmiş Prezidenti Luonq Cionqa təbrik məktubu ünvanlayıb. İki ölkə arasında əlaqələrin perspektivləri açıqlanıb.

en ru

İlham Əliyev Kommunist Partiyasının Mərkəzi Komitəsinin , Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamı Müstəqillik Günü münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, mətndə deyilir:

"Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.

Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, , turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…