Əsas məzmuna keç

Prezident 2 qanunu imzaladı: Onkoloji yardımda yeni dövr

Prezident 2 qanunu imzaladı: Onkoloji yardımda yeni dövr

Prezident İlham Əliyev yeni qanunu imzaladı. Artıq xərçəng müalicəsi üçün lisenziyalı klinikalar və həkim seçimi sərbəstdir. Qaydalarla bağlı mühüm detallar burada.

en ru

Azərbaycanda vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İlham bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara dəyişiklikləri imzalayıb.

Belə ki, ixtisaslaşdırılmış özəl müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri xidmət göstərəcək.

Beləliklə ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, "Lisenziyalar və icazələr haqqında" qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu da vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququnu təmin edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…