Əsas məzmuna keç

Portuqaliyada uşaqların sosial şəbəkələrə girişi valideyn icazəsinə bağlanır

Portuqaliyada uşaqların sosial şəbəkələrə girişi valideyn icazəsinə bağlanır

Portuqaliya parlamenti 13-16 yaşlı yeniyetmələrin sosial media platformalarından istifadəsi üçün rəsmi valideyn razılığını tələb edən qanun layihəsini təsdiqləyib.

en ru

parlamenti uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək məqsədilə mühüm qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni qaydalara əsasən, 13-16 yaş arası yeniyetmələr hesabları açmaq üçün valideynlərindən rəsmi icazə almalı olacaqlar.

Bu addım Avropada uşaqların internet fəaliyyətinə nəzarət edən ilk ciddi qanunvericilik təşəbbüslərindən biri hesab olunur.

Hakim Sosial Demokrat Partiyası (PSD) tərəfindən hazırlanan layihə uşaqları kiberbullinq, zərərli məzmunlar və internet üzərindən törədilən cinayətlərdən qorumağı hədəfləyir.

Valideynlər icazə prosesini "Digital Mobile Key" (DMK) adlı dövlət rəqəmsal sistemi vasitəsilə həyata keçirəcəklər. Bu sistem həmçinin 13 yaşdan kiçik uşaqların , video və şəkil paylaşma platformalarına, eləcə də onlayn mərc saytlarına girişinə qoyulan mövcud qadağaların icrasını gücləndirəcək.

Parlamentdə keçirilən səsvermədə layihə 148 lehinə, 69 əleyhinə səslə qəbul edilib.

PSD millət vəkili Paulo Marselo bildirib ki, məqsəd qadağa qoymaq deyil, valideynlərin öz övladlarını rəqəmsal dünyada müşayiət etmələri üçün onlara daha çox səlahiyyət verməkdir.

Qeyd edək ki, bənzər sərt addımlar digər ölkələrdə də müşahidə olunur. Avstraliya artıq 16 yaşdan kiçiklərin "Facebook", "Snapchat", "TikTok" və "YouTube" kimi platformalardan istifadəsini tamamilə qadağan edib. Fransa isə 15 yaşdan kiçik uşaqlar üçün analoji məhdudiyyətlər üzərində işləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…