Əsas məzmuna keç

Polşada NATO-nun şərq qanadı ölkələrinin sammiti keçiriləcək

Polşada NATO-nun şərq qanadı ölkələrinin sammiti keçiriləcək

Donald Tuskun təşkilatçılığı ilə Gdanskda baş tutacaq toplantıda Ukraynanın bərpası və regional təhlükəsizlik müzakirə olunacaq. Zelenskinin qatılmayacağı sammitin detalları.

en ru

Polşanın Donald Tusk Gdansk şəhərində keçiriləcək Ukraynanın bərpasına dair konfrans çərçivəsində NATO-nun şərq qanadına daxil olan ölkələrin liderlərinin görüşünü təşkil edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Tusk bildirib ki, sammitə Polşa, Finlandiya, Baltikyanı ölkələr (Litva, Latviya, Estoniya), İsveç və Rumıniyanın dövlət və hökumət başçıları qatılacaq.

“Konfrans çərçivəsində şərq qanadının keçiriləcək. Mən bu görüşə xüsusi əhəmiyyət verirəm və Litva, Latviya, Estoniya, Finlandiya, İsveç və Rumıniyanın baş nazirləri və prezidentləri ilə şərq qanadı məsələlərini müzakirə edəcəyəm”, - Tusk bildirib.

Qeyd edək ki, Ukraynanın bərpasına dair üçüncü konfrans 25–26 iyun tarixlərində Gdanskda keçiriləcək.

Lakin Polşa– münasibətlərindəki gərginlik fonunda Ukrayna Prezidenti Volodimir Zelenski tədbirdə iştirakdan imtina edib. Onu Kiyev nümayəndə heyətində Yuliya Svırıdenko əvəz edəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…