Əsas məzmuna keç

Çexiya Prezidenti Petr Pavel Konstitusiya Məhkəməsinə müraciət etdi

Çexiya Prezidenti Petr Pavel Konstitusiya Məhkəməsinə müraciət etdi

Petr Pavelin nümayəndə heyətindən kənarlaşdırılması siyasi qalmaqala səbəb olub. Ali Baş Komandanın Andrey Babişlə qarşıdurması məhkəməlik oldu.

en ru

Çexiya Prezidenti Petr Pavel hökumətin onu qarşıdan gələn NATO sammitində ölkənin rəsmi nümayəndə heyətinin tərkibinə daxil etməməsi qərarı ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Petr Pavelin müraciəti Praqa Qradının rəsmi internet səhifəsində dərc olunub.

“Respublika prezidentinin nümayəndə heyətinin tərkibindən çıxarılması barədə qərarı misli görünməmiş hadisə hesab edirəm. Buna görə də və hökumətin ölkəni arenada, xüsusilə NATO sammitində təmsil etmək səlahiyyətlərinin aydınlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişəm”, - Pavel bildirib.

Çexiya lideri hökumətin qərarını tənqid edərək, ölkə prezidentinin, silahlı qüvvələrin ali baş komandanının və keçmişdə NATO-nun yüksək vəzifəli nümayəndəsi olmuş şəxsin nümayəndə heyətindən kənarda saxlanılmasını qəbuledilməz adlandırıb.

Çexiya KİV-lərinin məlumatına görə, Konstitusiya Məhkəməsi artıq prezidentin müraciətini qəbul edib və məsələyə sürətləndirilmiş qaydada baxılacaq.

Məlumat üçün bildirək ki, Çexiya hökuməti iyunun 22-də Petr Pavelin milli nümayəndə heyətinin tərkibinə daxil edilməməsi barədə qərar qəbul edib. NATO sammitində ölkə nümayəndə heyətinə Andrey Babiş rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibində həmçinin baş nazirin müavini və naziri Petr Matsinka, eləcə də Yaromir Zuna yer alacaq.

Qeyd edək ki, Petr Pavel 2015–2018-ci illərdə NATO-nun Hərbi Komitəsinin sədri vəzifəsində çalışıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…