Əsas məzmuna keç

Polşa diplomatı Belarus XİN-ə çağırılıb

Polşa diplomatı Belarus XİN-ə çağırılıb

bu barədə qurumun mətbuat katibi Ruslan Varankov bildirib. XİN-in məlumatına görə, Pilsudski meydanında və Varşava Universitetində keçiriləcək tədbir...

Polşanın müvəqqəti işlər vəkili 9-10 avqust tarixlərində Varşavada keçirilməsi aksiya ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" BELTA-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Ruslan Varankov bildirib.

XİN-in məlumatına görə, Pilsudski meydanında və Varşava Universitetində keçiriləcək tədbir Belarusa qarşı yönəlib.

"Aksiyanın təşkilatçıları və iştirakçıları rəsmi Varşavanın dəstəklədiyi, destruktiv və təxribatçı fəaliyyətləri ilə tanınan belaruslu mühacirlərdir. Nazirlik hesab edir ki, bu cür aksiyalar dövlətlərimiz arasında normal dialoqun bərpasına kömək etmir və birbaşa Belarus-Polşa münasibətlərinə xələl gətirir", - o bildirib.

Bununla əlaqədar səfirə müvafiq nota təqdim edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…