Polşa hakimiyyəti Belarusla sərhəddə 200 metrlik bufer zonasının yaradılması imkanını nəzərdən keçirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə baş nazir Donald Task qonşu dövlətlə sərhəddə sərhədçilər və hərbçilərlə görüşündə bildirib.
Onun sözlərinə görə, hökumət milli müdafiə naziri və daxili işlər naziri ilə birlikdə gələn həftənin əvvəlində bu məsələ ilə bağlı qərar qəbul edəcək.
Task həmçinin əlavə edib ki, Polşa hakimiyyət orqanları sərhədi keçmək üçün kütləvi cəhdlərdə polis güclərindən daha çox istifadə etmək qərarına gəliblər.
O vurğulayıb ki, hökumət Polşa sərhədinin mühafizəsini təmin etməyə çalışacaq ki, sərhədçilərin və orada xidmət edən hərbçilərin təhlükəsizliyi təmin edilsin.