Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Patriot raketləri niyə gecikir? - Polşa naziri açıqladı

2 dəq
Paylaş:
Patriot raketləri niyə gecikir? - Polşa naziri açıqladı

Polşanın ” raketlərinin tədarükündə gecikmələrin mümkün olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Polşanın -Kamış “Radio Zet”ə açıqlamasında danışıb.

Bildirilib ki, ABŞ və İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində ehtiyatların tükənməsi “Patriot” hava hücumundan müdafiə sistemlərinin xarici müştərilərə, o cümlədən Polşaya tədarükündə gecikmələrə səbəb ola bilər.

Nazir jurnalistin sualına cavab olaraq deyib: “Bu cür gecikmələr mümkündür. Biz Amerika tərəfi ilə əlaqə saxlayırıq. Gecikmələr çox ciddi olmamalıdır, amma Polşaya təsir göstərə bilər”.

O əlavə edib ki, həm ABŞ-də, həm də Avropada müdafiə sənayesində istehsal gücünün bərpası illər tələb edir.

Məlumata görə, ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı əməliyyatı, ardınca atəşkəs və diplomatik gərginlik fonunda regionda vəziyyət mürəkkəb olaraq qalır. Vaşinqtonun isə yaxın günlərdə danışıqların bərpası və mümkün dəniz blokadası ilə bağlı addımları müzakirə etdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax