Əsas məzmuna keç

Narendra Modi: "Terrora boyun əyməyəcəyik"

Narendra Modi: "Terrora boyun əyməyəcəyik"

Pahalgam faciəsinin ildönümündə rəsmi Dehli qətiyyət nümayiş etdirir. Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən qanlı hücumun təfərrüatları və son vəziyyət.

en ru

Narendra terrorizmlə mübarizə ilə bağlı mesaj verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi Pahalgam terror hücumunun birinci ildönümü münasibətilə açıqlama yayıb.

Bildirilib ki, Modi 26 nəfərin həyatını itirdiyi hücumla bağlı xalqın kədər və qətiyyət içində birləşdiyini vurğulayıb.

“Bir millət olaraq, kədər və qətiyyət içində birik. Hindistan heç vaxt heç bir terrorizm qarşısında boyun əyməyəcək. Terrorçuların məkrli planları heç vaxt uğur qazanmayacaq”, – deyə o bildirib.

həmçinin həyatını itirənlərin heç vaxt unudulmayacağını qeyd edib.

Qeyd olunub ki, anım tədbirləri Cammu və Kəşmir bölgəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda keçirilir.

Xatırladaq ki, 2025-ci ilin aprelində Pahalgam şəhərində baş verən hücumda 25 Hindistan və bir Nepal vətəndaşı həlak olmuşdu. Hadisədən sonra bölgədə hərbi əməliyyatlar və qarşılıqlı zərbələr baş vermiş, daha sonra atəşkəs elan edilmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…